Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Cənubi Qafqazın möhkəmlənməsinin açarıdır

E.Əmirbəyov həmçinin vurğulayıb ki, bu dəhliz rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə davam edən prosesin elementlərindən biridir.
"Hesab edirəm ki, Zəngəzur dəhlizi sırf kommersiya əhəmiyyətindən başqa, regionda etimadın möhkəmləndirilməsi üçün mühüm tədbir kimi də qiymətləndirilə bilər, çünki o, həm də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı davam edən prosesin elementlərindən biridir.
Beləliklə, iqtisadi cəhətdən tam təcrid olunmuş Ermənistan üçün bu, regionun bir hissəsi olmaq, eləcə də onun strateji əhəmiyyətini artırmağa kömək etmək üçün yaxşı şansdır", - Azərbaycan Prezidentinin nümayəndəsi qeyd edib.(Report)
AzVision.az
Teqlər: