Xəstə övladı üçün kor qadının körpəsini oğurladı - VİDEO

   Xəstə övladı üçün kor qadının körpəsini oğurladı  - VİDEO
  15 Aprel 2025    Oxunub:472
Hindistanda dəhşətli cinayət hadisəsi baş verib.
"Times of India"nın yaydığı məlumata görə, bir ata böyrək xəstəliyindən əziyyət çəkən uşağına kömək etmək üçün kor qadının körpəsini oğurlayıb.

"İnsident Bhubaneşvarda baş verib. 19 aylıq bir uşaq Ram məbədi yaxınlığında qaçırılıb. Lakin tezliklə o, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xilas edilib. Adam oğurluğunda şübhəli bilinən şəxs saxlanılarkən onun Balasoredəki evində axtarışda olan körpə də tapılıb. Kişinin böyrəklərində ciddi problem olan uşağı var imiş. Bu isə cinayətin mümkün motivləri ilə bağlı suallar yaradıb",- nəşr yazıb.

Uşağın məbədin yanında dilənçiliklə məşğul olan anası Cayanti Mallik isə jurnalistlərə deyib ki, qaçırılma hadisəsi gecə saat 3 radələrində baş verib. Həmin vaxt o, 4 yaşlı qızı və oğlunun yanında yatıbmış. Yad adam onlara yaxınlaşıb və uşaqlara şirə təklif edib.

Qeyd edilib ki, polis bu qalmaqallı işi fəal şəkildə araşdırır və oğurluğun dəqiq səbəblərini müəyyən etmək üçün saxlanılan şəxsi dindirir.

Digər yerli saytlar da uşağın oğurlanmasında əsas məqsədin onun böyrəyindən istifadə olduğunu yazırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti