Alimlər kosmosun dərinliklərində qalaktikamızın əkizini aşkar ediblər

   Alimlər kosmosun dərinliklərində qalaktikamızın əkizini aşkar ediblər
  16 Aprel 2025    Oxunub:926
Cenevrə Universitetinin alimləri kosmasda maraqlı qalaktika kəşf ediblər.
Elm adamları bu günə qədər bilinən ən uzaq spiralvari qalaktikanı qeydə alıblar. Onun adı "Zhulonq"dur. "James Webb" Kosmik Teleskopundan istifadə edən alimlərin yeni kəşfi Kainatın erkən dönəmində qalaktikaların necə əmələ gəlməsinə dair əvvəlki elmi əsaslara meydan oxuyur. Araşdırmar Astronomy and Astrophysics (A&A) jurnalında dərc olunub.

Kainatda yalnızıqmı: “Fermi paradoksu”nun açması
Çin dilində "Alov Əjdahası" mənasını verən "Zhulong" tez formalaşması ilə diqqət çəkir. Onun artıq spiralvari "qolları", ulduz əmələ gətirən diskləri var. Üstəlik, onun ölçüsü və kütləsi də demək olar ki, "Süd Yolu" ilə eynidir. Bizim qalaktika ilə olduqca oxşar olan bu qalaktikanın diski 60 min işıq ilindən çox uzanır və ulduzların kütləsi 100 milyard günəşdən çoxdur.

"Bu, Kainat tarixinin lap əvvəlində yaranıb və "Süd Yolu"nun oxşarıdır. "Zhulong" kosmik təkamülün belə erkən mərhələsində tapılan və qalaktikamızın ən cəlbedici analoqlarından biridir",- tədqiqatın aparıcı müəllifi, Cenevrə Universitetindən olan Dr. Mengyuan Xiao yazib.

Məqalədə o da vurğulanıb ki, bu heyrətamiz və özündə bir sıra suallar yaradan qalaktika Ceyms Uebb teleskopunun paralel müşahidə rejimindən istifadə edilən genişmiqyaslı proqramı- "PANORAMİK" tədqiqatı ilə kəşf edilib. Bu proqramla eyni vaxtda səmanın digər hissələri haqqında da məlumat toplamaq olur. Bunun sayəsində belə nadir və böyük kosmik obyekti görmək mümkün olur.

Proqramın həmmüəllifi, UNIGE-nin professoru Paskal Eş isə deyib: “Zhulonq" paralel müşahidələrlə unikal obyektlər tapmağın ən gözəl nümunəsi oldu. Bu kəşf bizi qalaktikaların formalaşması ilə bağlı dərslikləri yenidən yazmağa məcbur edir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qalaktika   Alim  





Xəbər lenti