Mədət Quliyev istefa verdi

   Mədət Quliyev istefa verdi
  24 Aprel 2025    Oxunub:350
Mədət Quliyev Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti postundan istefa verib.
AzVision.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.
AzVision.az



Teqlər: İstefa  





Xəbər lenti