Ayın qaranlıq tərəfinin torpağı ictimaiyyətə təqdim edildi - VİDEO

Ayın qaranlıq tərəfinin torpağı ictimaiyyətə təqdim edildi  - VİDEO
  24 Aprel 2025    Oxunub:355
Çin ilk dəfə olaraq Ayın əks-qaranlıq tərəfindən olan torpağı geniş ictimaiyyətə təqdim edib.
Bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, Çin "Çanqe-6" kosmik gəmisini uğurla Ayın uzaq tərəfinə endirən və Yerin peykinin qaranlıq tərəfindən torpaq nümunələrini çatdıran dünyanın ilk ölkəsi olub.

Çin aprelin 24-də Milli Kosmos Gününü qeyd edir. Şənlik çərçivəsində "Shanghai World Expo Center" mərkəzində Ayın uzaq tərəfindəki Cənub Qütbü-Eytken hövzəsindən toplanmış Ay torpağı nümunələri nümayiş etdirilib.

Bundan əlavə, ziyarətçilər 2020-ci ilin dekabrında "Çanqe-5" missiyası zamanı toplanmış Ay torpağı nümunələrini də görə biləcəklər.


AzVision.az



Teqlər:





Xəbər lenti