18 yaşlı Fransa çempionu məşq zamanı öldü

Qeyd edilib ki, faciə aprelin 24-də baş verib. Təşkilatçılar yarışı ləğv ediblər, lakin hadisənin təfərrüatları açıqlanmayıb. Məşq zamanı trasda şəraitin əlverişli olduğu qeyd edilir.
Simon 18 yaşadək qızlar arasında slalom üzrə Fransa çempionu olub.
Xatırladaq ki, yanvarın 30-da Fransanın Alp dağlarında dörd norveçli və bir isveçrəli xizəkçi qar uçqunu altında qalmışdı. Onları xilas etmək mümkün olmayıb. Norveçdən olan xizəkçilər Savoya əyalətinin cənub-şərqində qar uçqunu altında qalıblar.
Tural Tağıyev
AzVision.az