Naxçıvanda rəhbərlər üçün təlimlərə start verilib

Naxçıvanda rəhbərlər üçün təlimlərə start verilib
  25 Aprel 2025    Oxunub:315
Aprelin 25-də NMR-ın 19 dövlət orqanını təmsil edən 40 məsul əməkdaş üçün “Rəhbərlər üçün İnkişaf Proqramı” başlayıb.
2 ay davam edəcək proqramın təlimçisi ABŞ-ın “Beynəlxalq Liderlik Proqramı”nın məzunu İlhamə Novruzovadır. Naxçıvan Təlim Mərkəzi Publik Hüquqi Şəxsinin təqdim etdiyi proqram, fərqli idarəetmə mexanizmləri, rəhbərin məsuliyyət sahələri, natiqlik və təqdimat bacarıqları, şəxsi effektivliyin artırılması, komanda təşkilində konstruktiv həll yollarını əhatə edir.

Təlimin ilk günündə özünütəqdimatlar və interaktiv müzakirələr keçirilib. İştirakçılara real təcrübələr vasitəsilə effektiv liderlik bacarıqları aşılanıb, menecer və lider arasındakı fərqlərdən, buna dair real keyslərdən danışılıb. Situativ və sistem idarəetmə texnologiyası istiqamətində davam edən intensiv təlim iştirakçıların marağına səbəb olub.

Naxçıvan Təlim Mərkəzi tərəfindən xüsusi hazırlanan “Rəhbərlər üçün İnkişaf Proqramı”nın məqsədi səlahiyyət sahibi olan top-menecerlərin uğurlu komanda quruculuğu və liderlik bacarıqlarının artırılması, yeni model idarəçilik tərzlərinin təşviqidir. 32 saatı əhatə edən təlim sessiyalarına şöbə və sektor müdirləri, böyük mütəxəssislər cəlb olunublar. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara serifikatlat təqdim ediləcək.

Qeyd edək ki, Naxçıvan Təlim Mərkəzi – Muxtar Respublika ərazisində dövlət qurumlarının əməkdaşlarının peşəkar inkişafı və gənclərin peşə bacarıqlarının artırılması məqsədilə ixtisaslaşdırılmış təlimlər və proqramlar həyata keçirən publik hüquqi şəxsdir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti