Bu il 12 min tona yaxın ət idxal olunub

Bu il 12 min tona yaxın ət idxal olunub
  26 Aprel 2025    Oxunub:376
Bu ilin I rübündə Azərbaycan 11 min 889 ton ət idxal edib.
AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 24 milyon 824 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 259 ton (2,2 %) çoxdur, dəyər baxımından isə 556 min ABŞ dolları (2,1 %) azdır.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.
AzVision.az



Teqlər:





Xəbər lenti