"Taliban" şahmatı da qadağan etdi

"Taliban" şahmatı da qadağan etdi
  10 May 2025    Oxunub:349
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı rəsmi olaraq şahmatı qadağan edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu oyunun İslam normalarına zidd olduğunu bəyan edilib.

Onların fikrincə, şahmat qumar oyunudur və əfqanların dini inancı ilə uyğun gəlmir.

“Son on bir ayda bir dənə də olsun rəsmi turnir, seminar və ya şahmatla bağlı hər hansı bir fəaliyyət olmayıb. Federasiyanın əksər rəsmi şəxsləri ölkəni tərk ediblər. Bəzi vilayətlərdə şahmat tamamilə qadağan olunub”, - deyə Əfqanıstan Şahmat Federasiyasının keçmiş icraçı direktoru Abasin Mohibi deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti