Misir prezidentinin qohumbazlığı

Misir prezidentinin qohumbazlığı
  15 Fevral 2013    Oxunub:2018
Misir Prezidentinin oğlunu Vətəndaş Aviasiyası Nazirliyində yüksək maaşlı vəzifəyə təyin etməsi ölkədə yeni qalmaqala səbəb olub.
Misirin Vətəndaş Aviasiyası Nazirliyi, prezident Məhəmməd Mursinin 5-ci oğlu Ömər Mursinin yeni vəzifəyə “tələb olunan adi test imtahanından” keçməklə nail olduğunu bildirərək xüsusi bəyanatla çıxış etməyə məcbur olub. Bu barədə Associated Press agentliyi məlumat verib.
Agentlik həmçinin qeyd edir ki, yerli universitetlərin birindən yenicə məzun olan Ömər Mursi, aylıq maaşı 5 min dollar olan yeni vəzifəyə təyin olunub. Belə bir vəziyyət Misir üçün adi hal deyil. Belə ki, Misirdə dövlət strukturlarında karyera qurmaq istəyən universitet məzunları, adətən aylıq maaşı 75 dollardan çox olmayan vəzifəyə təyin olunurlar.
Agentlik səlahiyyəti olmadığına görə, Mursinin oğlunun hansı vəzifəyə təyin olunduğu barədə məlumat verməyib.
Qeyd edək ki, Misir prezidentinin ilk dəfə siyasi fəaliyyətə başladığı “Müsəlman Qardaşları” hərəkatının əsas mübarizə obyektlərindən biri korrupsiya və qohumbazlıqla mübarizə olub.
Misirin devrilmiş prezidenti Hüsnü Mübarəyin oğulları Əlya və Qamal isə 2011-ci il inqilabından sonra həbs olunublar və hazırda korrupsiya, fırıldaqçılıq və vəzifələrində sui-istifadə etmə ittihamları ilə mühakimə olunurlar.


Teqlər:





Xəbər lenti