Musiqi və incəsənət müəllimlərinin attestasiyası davam edir

Musiqi və incəsənət müəllimlərinin attestasiyası davam edir
  14 May 2025    Oxunub:354
Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, mayın 12-də start götürən attestasiya prosesinin ilk günündə Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin attestasiyası keçirilib.

23 may tarixinədək davam edəcək attestasiyaya Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə 568 müəllimi cəlb olunacaq.

İyun ayında isə sözügedən regionların məktəblərində tədris olunan digər ixtisaslar üzrə təhsilverənlərin attestasiyasının keçirilməsi nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti