“Qalatasaray” növbəti çempionluğunu qazanıb

Lider "Qalatasaray" öz meydanında "Kayserispor"u qəbul edib.
Ev sahibləri rəqibini Viktor Osimhen, Barış Alper Yılmaz və Fernando Musleranın penaltidən vurduğu qollarla məğlub etməyi bacarıb.
Bu nəticə ilə xallarının sayını 89-a çatdıran "sarı-lacivərdlilər" sona II tur qalmış 25-ci çempionluğunu rəsmiləşdirib.
"Fənərbaxça" isə öz meydanında "Eyüpspor"a Edin Ceko və Yusif En-Nesrinin qolları ilə qalib gəlib - 2:1.
AzVision.az
Teqlər: