Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək

   Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək
  21 May 2025    Oxunub:205
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti