Xorvatiya Azərbaycandan neft alışını 2,5 dəfə artırıb

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 125 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm ifadəsində isə 259,9 min ton və ya 2,5 dəfə çoxdur.
Dövr ərzində Xorvatiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
AzVision.az
Teqlər: