Bağçalara qəbulda növbələrin yaradılması dayandırılıb

   Bağçalara qəbulda növbələrin yaradılması dayandırılıb
  23 May 2025    Oxunub:338
Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılıb.
Bu barədə AzVision.az -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq bu gün saat 15:00-dan etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılması müvəqqəti dayandırıldı.

Növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti