Basketbol millimiz Dünya Kubokunun seçmə mərhələsinə qələbə ilə başlayıb

Basketbol millimiz Dünya Kubokunun seçmə mərhələsinə qələbə ilə başlayıb
  24 May 2025    Oxunub:248
Bu gün basketbolun 3x3 növü üzrə Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələ oyunları start götürüb.
AzVision.az xəbər verir ki, meydana əvvəlcə qadınlardan ibarət Azərbaycan millisi çıxıb.

B qrupunda mübarizə yığma Misirlə qarşılaşıb. Görüş yığmanın 14:12 hesablı qələbəsi ilə yekunlaşıb.

Raşa Deliçin rəhbərlik etdiyi Azərbaycan seçməsi növbəti oyununu Latviyaya qarşı keçirəcək.

Qeyd edək ki, bu gün turnirdə çıxış edən kişilərdən ibarət komandamız da meydana çıxacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti