“Sabah” “Neftçi”yə qalib gəldi

“Sabah” “Neftçi”yə qalib gəldi
  24 May 2025    Oxunub:276
Misli Premyer Liqasında mövsümün sonuncu - 36-cı turunda “Sabah” - “Neftçi”ni qəbul edib.
AzVision.az xəbər verir ki, qarşılaşmanın 50-ci dəqiqəsində "Sabah"ın futbolçusu Sofian Çakla qırmızı vərəqə alaraq meydandan qovulub. 62-ci dəqiqədə isə “bəyquşların” futbolçusu Cesse Sekidika hesabı açıb.

75-ci dəqiqədə "Neftçi"nin futbolçusu Edvin Kuç da qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Misli Premyer Liqası,

36-cı tur,

24 may (şənbə)

19:30. “Sabah” 1-0 “Neftçi”

Qol: Cesse Sekidika, 62

Qırmızı vərəqələr: Sofian Çakla, 50 ("Sabah"), Edvin Kuç, 75 ("Neftçi")

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə

AVAR: Kamran Bayramov

“Bank Respublika Arena”

AzVision.az



Teqlər:





Xəbər lenti