Çexiya Azərbaycandan neft alışını artırıb

Çexiya Azərbaycandan neft alışını artırıb
  24 May 2025    Oxunub:235
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Çexiyaya 304,7 milyon ABŞ dolları dəyərində 558,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
AzVision.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32,9 milyon ABŞ dolları və ya 12,1%, həcm ifadəsində isə 134 min ton və ya 31,6% çoxdur.

Dövr ərzində Çexiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti