Vergi borcları 3 milyard manatı keçib

Sənədə əsasən, artım vergi ödəyicilərinin vergi öhdəliklərinin azaldılmış məbləğlərinin 11030,7 milyon manat təşkil etməsi şəraitində baş verib.
Vergi borcunun 4,6 milyon manatı və yaxud 0,1 %-i neft-qaz, 3 milyard 164,6 milyon manatı və yaxud 99,9 %-i isə qeyri neft-qaz sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşüb ki, bu da əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə, müvafiq olaraq, 0,1 milyon manat (2,2 %) və 344,7 milyon manat (12,2 %) çoxdur.
Xüsusi mülkiyyətdə olan vergi ödəyicilərindən hüquqi şəxslərin borcları 310,3 milyon manat və yaxud 17,6 % artaraq 2 milyard 71,4 milyon manat, sahibkarlıqla məşğul olan fiziki şəxslərin borcları isə 30,5 milyon manat və yaxud 4,6 % azalaraq 638,8 milyon manat təşkil edib.
2023-cü ildə müşahidə edilən tendensiya 2024-cü ildə də davam edib, dövlət büdcəsinə olan vergi borclarının artımı əsasən qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən, xüsusi mülkiyyət formasına malik vergi ödəyiciləri üzrə qeydə alınıb. Təhlillər göstərir ki, dövlət büdcəsinə olan borcların məbləğinin əvvəlki illə müqayisədə artımı tədiyə növləri üzrə xüsusilə ƏDV, hüquqi şəxslərin mənfəət vergisi, əmlak vergisi, dövlət rüsumu və sair daxilolmalar üzrə hesablanmış vergi öhdəliklərinin müəyyən edilmiş müddətlərdə tam və vaxtında yerinə yetirilməməsi ilə əlaqələndirilə bilər. Eyni zamanda, vergi orqanının məlumatına əsasən, 2024-cü ildə yaranmış borc məbləğlərinin 53,5 %-i ƏDV-nin payına düşüb.
AzVision.az
Teqlər: