Taliban nümayəndə heyəti Moskvaya gəlib

Agentliyin məlumatına görə, hərəkatın nümayəndələri “Dünyanın çevrilməsi: Rusiyadan baxış” müzakirəsində tamaşaçı qismində iştirak edirlər. Mayın 26-da Rusiyada Taliban hərəkatına qoyulan qadağanın dayandırılması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi bildirilir.
ABŞ dövlət katibi Marko Rubio isə ABŞ-da Taliban hərəkatının terror qruplaşması statusunun nəzərdən keçirildiyini açıqlayıb. Aprelin ortalarında Rusiya Ali Məhkəməsi Rusiyada Taliban fəaliyyətinə qoyulan qadağanı müvəqqəti olaraq dayandırıb.
AzVision.az
Teqlər: