Xankəndidə enerji təminatı məsələləri üzrə işçi qrupunun iclası keçirilib

Xankəndidə enerji təminatı məsələləri üzrə işçi qrupunun iclası keçirilib
  30 May 2025    Oxunub:577
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri İşçi qrupunun növbəti iclası mayın 30-da Xankəndidə keçirilib.
İşçi qrupun rəhbəri, energetika nazirinin müavini Elnur Soltanov iclasda işğaldan azad olunmuş ərazilərimizdə energetika sahəsini əhatə edən tapşırıqların icra vəziyyəti barədə danışıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin tərkib hissəsi kimi, azad olunmuş ərazilərdə enerji infrastrukturunun müasir tələblər əsasında qurulmasının prioritet təşkil etdiyi, bu istiqamətdə mərhələli və sistemli şəkildə genişmiqyaslı layihələrin icra olunduğu vurğulanıb.

İclasda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında, həmçinin işğaldan azad olunmuş digər ərazilərdə qazlaşdırılma prosesinə dair təqdimat edilib, həyata keçirilən layihələrin icra qrafiki və planlaşdırılan işlər barədə məlumat verilib.

Elektrik enerjisi infrastrukturu üzrə isə kiçik su elektrik stansiyalarının, yeni yarımstansiyaların, ötürücü və paylayıcı xətlərin tikintisi, mövcud şəbəkələrin yenidən qurulması və dayanıqlı enerji təminatının yaradılması məqsədilə icra olunan tədbirlər, o cümlədən “yaşıl enerji zonası” konsepsiyasına uyğun layihələrin icrası ilə bağlı görülən işlər müzakirə edilib.

Sonda müzakirə edilən məsələlərin həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti