Minifutbol millimiz finalda Macarıstanla qarşılaşacaq

   Minifutbol millimiz finalda Macarıstanla qarşılaşacaq
  30 May 2025    Oxunub:519
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

AzVision.az xəbər verir ki, bu gün turnirin yarımfinal qarşılaşmaları keçirilib.

Günün ilk oyunu Azərbaycan və Monteneqro komandaları arasında baş tutub. Milli Gimnastika Arenasında keçirilən görüşdə millimiz 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Daha sonra Macarıstan və Serbiya komandaları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qalib penaltilər seriyasında müəyyənləşib və Macarıstan 3:1 hesabı ilə üstün gələrək finala adlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti