"Brent" markalı neftin qiyməti 64,55 dollara yüksəlib

"Brent" markalı neftin qiyməti 64,55 dollara yüksəlib
  02 İyun 2025    Oxunub:555
Neft qiymətləri iyunun 2-si axşam saatlarında "OPEC plus"-ın hasilatın əvvəlki artım tempini saxlamaq qərarından sonra aktiv şəkildə yüksəlir.
AzVision.az xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyul fyuçersləri 1,77 dollar (2,82 faiz) artaraq 64,55 dollar/barelə bərabər olub.

Nyu-York əmtəə birjasında (NYMEX) iyul ayı üçün "WTI" markalı neftin fyuçersləri 1,73 dollar (2,85 faiz) artaraq 62,52 dollar/barelə çatıb.

Qeyd edək ki, bundan əvvəl neft hasilatını sutkada 2,2 milyon barellə məhdudlaşdıran səkkiz "OPEC plus" ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) həftə sonu əvvəlki iki ayda olduğu kimi, iyul ayında neft hasilatını gündəlik 411 min barel artırmaq qərarına gəlib.

AzVision.az



Teqlər:



Xəbər lenti