Azərbaycan neftinin qiyməti bahalaşıb

   Azərbaycan neftinin qiyməti bahalaşıb
  11 İyun 2025    Oxunub:2203
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.
AzVision.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1.06 ABŞ dolları və ya 1.5% artaraq 71.85 ABŞ dollarına bərabər olub.

Azərbaycan neftinin əvvəlki qiyməti isə 70.79 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Elnur Məmmədov

AzVision.az



Teqlər:



Xəbər lenti