ÇL: “Qarabağ”ın rəqibi məlum olub

      ÇL:    “Qarabağ”ın rəqibi məlum olub
  18 İyun 2025    Oxunub:1532
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.

Ağdam klubu II raundda "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 8-9-da və 15-16-da, II raundun matçları isə iyulun 22-23-də və 29-30-da keçiriləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti