Güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Güləşçimiz Avropa çempionatının finalına yüksəlib
  02 İyul 2025    Oxunub:603
İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
AzVision.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Bu gün Azərbaycanın 1 təmsilçisi xalçaya çıxıb. Günay Qurbanova (59 kiloqram) çətinlik çəkmədən finala yüksəlib. Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçi almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib. Günay sabah həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti