“Neftçi” məşhur futbolçu ilə transfer danışıqlarına başlayıb

“Neftçi” məşhur futbolçu ilə transfer danışıqlarına başlayıb
  06 İyul 2025    Oxunub:1240
Yeni mövsümə ciddi hazırlaşan “Neftçi” heyətini dünya ulduzu ilə gücləndirə bilər.
AzVision.az xəbər verir ki, “ağ qaralar” Duqlas Koşta ilə danışıqlar aparır.

“Yuventus” və “Bavariya” kimi dünya nəhənglərinin formasını geyinmiş məşhur braziliyalı futbol azarkeşlərinə yaxşı tanışdır.

O, Almaniya nəhəngində keçirdiyi 97 görüşdə 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.

“Yuventus” formasında meydana çıxdığı 103 görüşə 10 qol, 21 məhsuldar ötürmə sığdıra bilib.

Braziliya millisində 31 oyun keçirmiş ulduz futbolçu 2024-cü ilin yayından “Sidney”də çıxış edir.

Hal-hazırda sözü gedən ulduzun transfer qiyməti 650 min avro dəyərindədir.

AzVision.az



Teqlər:



Xəbər lenti