Bitcoin bütün zamanların ən yüksək səviyyəsinə çatdı

Bitcoin bütün zamanların ən yüksək səviyyəsinə çatdı
  10 İyul 2025    Oxunub:824
Kriptovalyuta bazarlarında artan risk iştahı fonunda Bitcoin qiyməti 112 min dollara yaxınlaşıb.
AzVision.az xəbər verir ki, hazırda dünyanın ən məşhur rəqəmsal aktivlərindən biri olan Bitcoin, tələbin artması və investor əhval-ruhiyyəsinin müsbət istiqamətə dəyişməsi nəticəsində bütün zamanların rekorduna imza atıb.

Kriptovalyutanın dəyəri son 24 saat ərzində təxminən 0,4 faiz artaraq 111 min 259 dollara yüksəlib. Bu, Bitcoin-in tarixində qeydə alınan ən yüksək göstəricilərdən biri hesab olunur. İlin əvvəlindən bəri isə bu rəqəmsal valyuta ümumilikdə 18 faizdən çox bahalaşıb.

AzVision.az



Teqlər:



Xəbər lenti