Avropa İttifaqı “Temu”ya qarşı
“Temu”ya qarşı yoxlamalar 2024-cü ilin oktyabrında başlamışdı. Avropa Komissiyası təkcə malların çeşidlərini yox, həm də platformanın interfeysini araşdırır. Onların fikrincə, interfeys istifadəçiləri düşünülməmiş və lazımsız xərclərə təhrik edəcək formada hazırlanıb.
Avropanın istehlakçı hüquqlarını müdafiə edən təşkilatları da “Temu”nu tənqid edirlər. Onların fikrincə, platforma saxta rəylər, saxta endirimlər və “Bu maldan cəmi 2 ədəd qalıb” kimi saxta xəbərdarlıqlarla insanları çaşdırır.
Qeyd edək ki, hazırda Avropada “Temu”nun 45 milyon istifadəçisi var.
Samir Quliyev
AzVision.az
Teqlər: Temu







Vaxtında, Aydın, Lazımlı!


