SOCAR İstiqrazlarının 15-ci kupon ödənişi edilib
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 76 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1430 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 44 milyon 875 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 noyabr tarixində baş tutacaq. SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz. Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


