Azərbaycanda pul kütləsi 8% artıb

Azərbaycanda pul kütləsi 8% artıb
  02 Avqust 2025    Oxunub:1270
Bu il iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 468 milyon manat təşkil edib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3%, ilin əvvəli ilə müqayisədə 4,2%, ötən ilin eyni dövrünə nisbətən 7,6% çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 36 milyard 817,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,9%, ilin əvvəli ilə müqayisədə 0,5%, ötən ilin eyni dövrünə nisbətən 4,8 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 430 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3,8% çox, ilin əvvəli ilə müqayisədə 0,7% az, ötən ilin eyni dövrünə nisbətən 3,1% çoxdur.

İyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 16 milyard 513,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,1%, ilin əvvəli ilə müqayisədə 4,1%, ötən ilin eyni dövrünə nisbətən 5,9% çoxdur.

AzVision.az


Teqlər: bank  



Xəbər lenti