Qurban Qurbanov: "Sabah çox güc sərf etməli olacağıq"
Təcrübəli mütəxəssis Bakıda Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. Döyüşkən kollektivdir. Sabah çox güc sərf etməli olacağıq. İntizamlı olmalıyıq. Azarkeşlər üçün maraqlı matç olacağına inanıram".
Qeyd edək ki, qarşılaşma avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


