Manatın dövretmə sürəti artıb

Manatın dövretmə sürəti artıb
  30 Avqust 2025    Oxunub:1211
Bu il avqustun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,39 bənd təşkil edib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,02 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,06 bənd az, ötən il avqustun 1-nə nisbətən isə 0,02 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


AzVision.az


Teqlər:



Xəbər lenti