“Xəzəri xilas edək” – Tokayev

   “Xəzəri xilas edək” –    Tokayev
  02 Sentyabr 2025    Oxunub:2102
Şanxay Əməkdaşlıq Təşkilatının sammitindəki çıxışında Qazaxıstanın prezidenti Qasım-Jomart Tokayev diqqəti Xəzərin quruması probleminə yönəldib. O bildirib, Xəzərin vəziyyəti kirtikdir.
Yada salaq ki, bir il əvvəl cənab Tokayev Türk Dövlətləri Təşkilatının toplantısında da eyni məsələni qaldırmışdı.

Ekspertlərin sözlərinə görə, Xəzərin səviyyəsi son 20 ildə 2 metr azalıb. Bu özünü daha çox dənizin şimal və şimal-şərq sahillərində göstərir. Problem ilk növbədə Volqa çayının axınının azalması ilə bağlıdır. Xəzərə tökülən çayların suyunun 80%-i, ümumi su təminatının isə 64%-i Volqanın payına düşür.

Samir
AzVision.az


Teqlər: Xəzər  



Xəbər lenti