Daxili turizm xərcləri artıb
Xərclər arasında ən böyük pay alış-veriş və hədiyyələrin alınmasına düşüb – 647,2 milyon manat. Daha sonra qidalanma (616,6 milyon manat), yerləşmə xidmətləri (467,9 milyon manat) və nəqliyyat xidmətləri (373,2 milyon manat) gəlir. Bu dörd istiqamət birlikdə ümumi məbləğin təxminən 83,3%-ni formalaşdırıb.
Daxili turistlər digər xərclərə 201,1 milyon manat, idman-əyləncə xidmətlərinə 104,3 milyon manat, yanacağa 39,5 milyon manat, mədəniyyət xərclərinə isə 35,4 mln manat yönəldiblər. Avtomobil və digər nəqliyyat vasitələrinin icarəsi – 23,2 mln manat, turizm zərflərinin alınması – 18,3 mln manat təşkil edib.
AzVision.az
Teqlər: turizm statistika







Vaxtında, Aydın, Lazımlı!


