SOCAR Qətərlə memorandum imzalayıb

SOCAR Qətərlə memorandum imzalayıb
  06 Sentyabr 2025    Oxunub:1192
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qətərin "UCC" holdinqi arasında anlaşma memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında məlumat verib. Nazir bildirib ki, memorandum üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır:

"Enerji sahəsində strateji tərəfdaşlıqlar qlobal miqyasda iqtisadi əməkdaşlığımızı gücləndirir. Şirkətlərin imzaladığı digər anlaşma memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpasına, regionun davamlı inkişafına mühüm töhfə verəcək".

AzVision.az


Teqlər: SOCAR  



Xəbər lenti