Dünya şairləri Bakıya toplaşır

Dünya şairləri Bakıya toplaşır
  24 Aprel 2013    Oxunub:1553
Aprelin 26-dan 29-dək Beynəlxalq Muğam Mərkəzində gənc şairələrin Beynəlxalq forumu keçiriləcək.
Forumun təşkilatçısı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputat Fuad Muradovun sözlərinə görə, Bakıda reallaşacaq toplantıya dünyanın 20 ölkəsini təmsil edən gənc şairələr qatılacaqlar.

Milli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq forumun əsas məqsədi müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdır.

“Bu, son illərdə ölkənin ədəbi mühitində bir hadisə olacaq. Avropa və Afrika ölkələrində yaşayan gənclər Bakıda təkcə təcrübə mübadiləsi aparmayacaq, həm də böyük bir ədəbi şəbəkəni formalaşdıracaqlar. Ümid edirik ki, tədbir Azərbaycanın gənc yazarlarının beynəlxalq arenaya çıxmasına öz töhfəsini verəcək”,- deyə Fuad Muradov “Azərtac”a bildirib.

Forum zamanı gənc şairələr müxtəlif mövzularda müzakirələrə qatılacaq, şeirlərini söyləyəcək və ədəbi diskussiyalarda iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti