Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi açıqlanıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi açıqlanıb
  13 Noyabr 2025    Oxunub:891
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tanker və universal quru yük gəmiləri ilə 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdə 4 milyon 838 min 499 ton yük daşınıb.
AzVision.az xəbər verir ki, daşımaların 3 milyon 714 min 677 tonu tanker gəmiləri, 1 milyon 123 min 822 tonu isə universal quru yük gəmiləri ilə həyata keçirilib.

Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq 3 milyon 410 min 939 ton və 724 min 627 ton təşkil edib. Beləliklə, maye yük daşımalarında 8,9%, quru yük daşımalarında isə 55,1% artım qeydə alınıb. Ümumilikdə, ASCO-nun maye və quru yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 17% artıb.

AzVision.az


Teqlər: dəniz   yükdaşıma  



Xəbər lenti