Xarici dövlət borclanmasının yuxarı həddi açıqlanıb

   Xarici dövlət borclanmasının yuxarı həddi açıqlanıb
  19 Noyabr 2025    Oxunub:814
2026-cı ildə dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat məbləğində proqnozlaşdırılır. Daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat və dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat məbləğində təklif edilir.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir vurğulayıb ki, hazırda ölkəmiz dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən aşağı ölkələrdən biridir. Borc portfelinin tərkibində dövlətin xarici borcu ümumi borc portfelinin 32,8 faizinə bərabərdir ki, bu da dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır.

“Cari ildə görülən tədbirlər nəticəsində istiqrazların orta ödəmə müddəti 2,4 dəfə artaraq 3,5 ilə çatdırılıb, istiqraz portfelində 7 və 10 illik istiqrazların payı 30 faiz bəndi artıb. Bu isə istiqrazların yenidən maliyyələşdirilməsi və ödəmə yükünün optimallaşdırılmasına imkan yaradır”, - deyə S.Babayev bildirib.


AzVision.az


Teqlər:



Xəbər lenti