Oxfam: “Milyarderlər varlanmaqda davam edir”

    Oxfam:    “Milyarderlər varlanmaqda davam edir”
  20 Noyabr 2025    Oxunub:1117
Dünyada bərabərsizliyin artması fonunda G20 ölkələrindən olan milyarderlərin sərvəti il ərzində 16,5% çoxalaraq 15,6 trilyon dollara çatıb.
AzVision.az xəbər verir ki, “Oxfam” Beynəlxalq Xeyriyyə və Humanitar təşkilatı belə məlumat yayıb.

“G20 milyarderlərinin cəmi bir ildə qazandığı 2,2 trilyon dollarlıq sərvət 3,8 milyard insanı yoxsulluqdan çıxarmaq üçün kifayətdir. Bu məqsədə nail olmaq üçün ildə hətta 1,65 trilyon dollar da yetərlidir”, - təşkilatın press-relizində deyilir.

“Oxfam” bildirir ki, 2025-ci ildə G20-yə sədrlik edən Cənubi Afrika Respublikası (CAR) hökuməti bərabərsizlik məsələsini noyabrın 22-23-də keçiriləcək sammitin mərkəzi mövzusuna çevirib.

Bunun üçün CAR İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlitsin başçılıq etdiyi ekspertlər qrupuna “bərabərsizliklə bağlı fövqəladə vəziyyət” adlı hesabat hazırlaması üçün sifariş verib.

- Bərabərsizlik düşünülmüş siyasi seçimdir. Zənginlər arasında rekord sərvət səviyyəsinə baxmayaraq, ictimai rifah artmır, əksinə azalır, borc yükü isə çoxalır. CAR bərabərsizlik üzrə yeni Beynəlxalq İşçi Qrupu yaratsa, bu, təcili ehtiyac duyulan böhranın həllində böyük bir addım olacaq. Biz bütün G20 ölkələrini Cənubi Afrikanı bu işdə dəstəkləməyə çağırırıq”, - “Oxfam International” təşkilatının rəhbəri Amitabh Behar vurğulayıb.

Təşkilat həmçinin G20 ölkələrini 2024-cü ildə Rio-de-Janeyroda keçirilən sammitdə liderlər tərəfindən razılaşdırıldığı kimi, fövqəlvarlıların effektiv şəkildə vergiyə cəlb edilməsinə dair öhdəliklərini təsdiqləməyə çağırır. Hazırda G20-də yığılan hər dollar verginin yalnız 8 senti əslində bunun üçün ödənilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: bərabərsizlik   milrayderlər   varlanmaq  



Xəbər lenti