Azərbaycanın Bolqarıstandakı səfirliyi sərgidə ölkəmizin mədəni turizm sərvətlərini, qədim tarixini, adət-ənənələrini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən milli stenddə müvafiq fotoşəkillər, milli suvenirlər və xalılar, eyni zamanda, milli mətbəx nümunələri təqdim edib.
Qeyd edək ki, Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən ənənəvi sərgi mədəniyyətlərarası dialoqun və ictimai diplomatiyanın təşviqi baxımından mühüm platformadır. Bu cür beynəlxalq tədbirlərdə iştirak ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı təbliğ və təşviqin genişlənməsinə, eləcə də dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir.
Sərgi bayram ab-havası, zəngin mədəni proqramı və rəngarəng təqdimatları ilə ictimaiyyətin diqqətini cəlb edir. İştirak edən qurumlar və diplomatik nümayəndəliklər öz ölkələrinin mədəni irsini, adət-ənənələrini və dəyərlərini geniş ictimaiyyətə tanıtmaq imkanı əldə edirlər. Eyni zamanda, “Veliko Tırnovo Milad Bazarı” turizmin təşviqi, ölkənin müsbət imicinin formalaşdırılması və yerli ictimaiyyətlə birbaşa ünsiyyət baxımından effektiv platforma rolunu oynayır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


