XİN rəhbəri: "Sülh sazişinin imzalanması üçün öhdəliklərin icrası mütləqdir"

   XİN rəhbəri:    "Sülh sazişinin imzalanması üçün öhdəliklərin icrası mütləqdir"
  26 Dekabr 2025    Oxunub:1427
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası mütləqdir".
AzVision.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov cari ilin yekunlarına dair mətbuat konfransında dilə gətirib. O diqqətə çatdırıb ki, uzun illər ərzində aparılan siyasət nəticəsində münaqişəyə son qoyuldu:

"Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Biz 2025-ci ildə bu reallıqların ilk elementlərini görürük. 2026-cı ildə bu işlər davam etdiriləcək. Son dövrlər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri olub. Eyni zamanda, Qəbələdə delimitasiya üzrə komissiyanın iclası da keçirilib. Azərbaycandan keçməklə Ermənistana taxıl və neft məhsulları çatdırılır".

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti