Metroda retro vaqonlar nümayiş olunacaq

Metroda retro vaqonlar nümayiş olunacaq
  26 Dekabr 2025    Oxunub:1572
Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında retro vaqonlar yenidən nümayiş ediləcək.
Metropolitendən AzVision.az -a verilən məlumata əsasən, qonaqlar dekabrın 27-dən 30-dək xüsusi görünüşlü, qeyri-adi formalı vaqonlarla yaxından tanış ola, tarixləri haqqında maraqlı məlumatlar ala, qatarın salonunda şəkil və video çəkərək xəyalən keçmişə səyahət edə bilərlər:

"Retro vaqonlar qarşıdakı 4 gündə səhər saat 10:00-dan axşam saat 22:00-a qədər sərnişinlərin ziyarətinə açıq olacaq. Eyni zamanda, dekabrın 30-31-də Bakı metropoliteninin stansiyalarında Yeni ilin rəmzləri sayılan Şaxta baba və Qar qız balaca sərnişinlərimizin görüşünə gələrək onları əyləndirəcək, azyaşlılara simvolik bayram hədiyyələri təqdim edəcəklər".

AzVision.az


Teqlər: metro  



Xəbər lenti