Ceyhun Bayramov: "TDT üzrə 35 əməkdaşlıq sahəsi mövcuddur"

   Ceyhun Bayramov:    "TDT üzrə 35 əməkdaşlıq sahəsi mövcuddur"
  26 Dekabr 2025    Oxunub:1536
"Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın yeni istiqamətləri ardıcıl genişləndirilir".
AzVision.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov cari ilin yekunlarına dair mətbuat konfransında söyləyib. O bildirib, hazırda sözügedən təşkilat çərçivəsində 35-ə yaxın əməkdaşlıq sahəsi mövcuddur:

"Bu sahələr üzrə həm ikitərəfli, həm də çoxtərəfli əsasda mühüm layihələr həyata keçirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hərbçilərinin birgə təlimlərinin keçirilməsi ümumi müdafiə potensialının gücləndirilməsinə xidmət edir. Gələn il də bu cür təlimlər keçirməsi mümükündür. Bu təlimlərdə Türk Dövlətləri Təşkilatına üzv olmayan tərəfdaş ölkələrin də iştirakı mümkün ola bilər".

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti