Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub
Sonra Xalq artisti Tofiq Bakıxanova 1-ci dərəcəli "Əmək", Xalq şairi Vahid Əzizə "Şərəf" ordenləri, rəssam-animator Gülşən Quliyevaya isə "Tərəqqi" medalı təqdim olunub.
Tədbirdə həmçinin tanınmış diplomat və tarixçi-alim Həsən Həsənova, Xalq artistləri Zamiq Əliyev, Şamil Süleymanov, Mənsum İbrahimov, Əməkdar artist Rita Əmirbəyova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sevil Kərimovaya yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları təqdim edilib.
Təltifə layiq görülənlər fəaliyyətlərinə yüksək qiymət verildiyinə görə minnətdarlıq ediblər. Sonda xatirə fotosu çəkdirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


