Ali Məhkəmə Plenumunun iclası keçirilib

Ali Məhkəmə Plenumunun iclası keçirilib
  27 Dekabr 2025    Oxunub:1341
Ali Məhkəmə Plenumunun növbəti iclası baş tutub.
AzVision.az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin 2025-ci il 25 dekabr tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 45 hakimin andiçmə mərasimi olub. Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar "Məhkəmələr və hakimlər haqqında" Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

AzVision.az


Teqlər: məhkəmə  



Xəbər lenti