Bakıxanov küçəsində hərəkət yenidən tənzimlənib

Bakıxanov küçəsində hərəkət yenidən tənzimlənib
  27 Dekabr 2025    Oxunub:1330
Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə yeni layihə icra olunub.
AzVision.az xəbər verir ki, küçədə hərəkət zolaqlarının nişanlanması yekunlaşıb. Dəyişiklik nəticəsində Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək hissəsində darboğaz effekti aradan qaldırılıb. Hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti