Şahbuzda qəza 450 abonenti qazsız qoyub

Şahbuzda qəza 450 abonenti qazsız qoyub
  27 Dekabr 2025    Oxunub:1329
Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda avtomobil qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında fasilə yaranıb.
Rayonun Biçənək kəndində minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.

Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.


AzVision.az


Teqlər:



Xəbər lenti