Tanınmış mediamaqnat 20 il həbs cəzası aldı
Honq Konqun Milli Təhlükəsizlik Qanunu 2020-ci ildə qüvvəyə minib. Çinin milli qanunlarının Honq Konqda tətbiqinə icazə verən sənəd dövlət hakimiyyətinə təhdidlərin qarşısını almaq üçün nəzərdə tutulub. Onu pozmağa görə maksimum cəza ömürlük həbsdir.
“Cəza Layın xarici sui-qəsdlərin arxasında duran “əsas” və hərəkətverici qüvvə olduğunu nəzərə alınaraq verilib”, - Honq Konq məhkəməsi bildirib.
Hazırda fəaliyyətini dayandırmış “Apple Daily” qəzetinin 78 yaşlı keçmiş sahibi özünü təqsirli bilməyib və Pekin tərəfindən təqib olunan siyasi məhbus kimi təqdim edib.
Cimmi Layın ailəsi, vəkili, tərəfdarları və keçmiş həmkarları onun həbsxanada ölə biləcəyi barədə xəbərdarlıq edirlər, çünki media maqnatı sürətli ürək döyüntüsü və yüksək qan təzyiqi kimi sağlamlıq problemlərindən əziyyət çəkir.
Xatırladaq ki, Cimmi Lay Böyük Britaniya vətəndaşıdır. Böyük Britaniyanın baş naziri Kir Starmer yanvar ayında Pekinə səfəri zamanı Çin lideri Si Cinpinlə onun məsələsini də müzakirə edib. Starmer Pekini Layın azad edilməsinə çağırdığını bildirib. “Reuters” agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp da Si Cinpinlə görüşündə bu məsələni qaldırıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Lay mediamaqnat həbs







Vaxtında, Aydın, Lazımlı!


