Epşteyn işi ilə bağlı Norveç Xarici İşlər Nazirliyində araşdırma aparılacaq

Epşteyn işi ilə bağlı Norveç Xarici İşlər Nazirliyində araşdırma aparılacaq
  11 Fevral 2026    Oxunub:778
Norveç parlamentinin Nəzarət Komitəsi ölkənin Xarici İşlər Nazirliyinin amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı araşdırmaya başlanması barədə qərar qəbul edib.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, komitənin sədri Per-Villi Amundsenin sözlərinə görə, bu məqsədlə Norveçin bütün diplomatik xidmətini əhatə edən müstəqil istintaq komissiyası yaradılacaq.

Bundan əvvəl Norveçin iqtisadi cinayətlərlə mübarizə qurumu Oekokrim Epşteyn işi ilə bağlı yayımlanan yeni materialların təhlilindən sonra sabiq baş nazir Turbyörn Yaqland barəsində korrupsiya şübhəsi ilə araşdırmaya başlayıb. Məlumatlara görə, açıqlanan sənədlərdə Yaqlandın beynəlxalq vəzifələrdə çalışdığı dövrdə hədiyyələr, səfər xərclərinin ödənilməsi və borclar alması ilə bağlı iddialar yer alır.

Qeyd olunur ki, həmin dövrdə onun Nobel Komitəsinin sədri və Avropa Şurasının baş katibi kimi yüksək vəzifələr tutması mümkün səlahiyyət sui-istifadəsinin araşdırılmasını zəruri edir.

AzVision.az





Teqlər:



Xəbər lenti